Bakı şəhəri Texniki-humanitar liseydə ilk dərs gününə həsr olunmuş tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Liseyin direktoru Kəmalə Mirzoyeva şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. Direktor liseyə 525 şagirdin qəbul olduğunu diqqətə çatdırıb. O, ötən tədris ilində təhsil müəssisəsinin qazandığı uğurlardan söz açıb, yeni dərs ilində qarşıya qoyulan məqsədlərdən bəhs edib.
Tədbirdə çıxış edənlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində önəmli islahatlar həyata keçirildiyini qeyd ediblər.
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.