Azedu.az

Ölkədə 516 min şagird kodlaşdırmanın əsaslarını öyrənib

Məktəblər

12 Sentyabr 2025, 10:29
Ölkədə 516 min şagird kodlaşdırmanın əsaslarını öyrənib

2024–2025-ci tədris ilində ölkə üzrə 762 məktəbdə 516 000 şagird kodlaşdırmanın əsaslarını öyrənib.

AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə bildirib.

"Yeni tədris ili üçün isə bu sahədə əhatənin daha da genişləndirilməsi planlaşdırılır. 790 məktəbdə 545 000 şagirdin bu bilikləri əldə etməsi hədəflənir. Bu göstəricilər XXI əsr bacarıqlarının tədrisinə verilən önəmin artdığını göstərir".

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox