I sinifə qəbul olmaq üçün imtahan tələb olunur, bəs bu imtahandan kəsilən uşaqlar nə etməlidir?
AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin bugünkü iclasında deputat Eldar Quliyev deyib.
“Bizə dəfələrlə bu cür müraciətlər olunur. Məsələn, IV sinifdən V sinifə keçmək üçün əkiz qardaşlar müraciət etmişdi: biri 34 balla keçmiş, digəri isə 31 balla kəsilmişdi. Sonra nazirliyin köməkliyi ilə həmin uşaq da məktəbə bərpa olundu. Biz sistemə qarşı getmirik, sadəcə prosesin daha sadə olması önəmlidir”,- deyə deputat bildirib.
Sonda Eldar Quliyev vurğulayıb ki, uzun illərdir “Ali təhsil haqqında” Qanun qəbul olunmayıb və bu, təhsildə müəyyən boşluqlara səbəb olur.