Naxçıvan Şəhər Qızlar Liseyinin 2024-2025-ci tədris ili üzrə məzunları qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər. Liseyi bitirən 45 məzundan 28-i 500-700 bal aralığında nəticə göstərib. Onlardan 11-i II və III qrup, 18-si isə I və IV qrup üzrə imtahan verib.
AzEdu.az xəbər verir ki, ümumilikdə 45 məzundan 42-si ali məktəbə qəbul olunub. Bir nəfər ABŞ-də FLEX proqramı çərçivəsində təhsilini davam etdirəcək, 2 nəfər isə texnikuma qəbul olunub. Beləliklə, liseyin ümumi göstəricisi 96-97 faiz təşkil edib.
Bu il həmçinin Naxçıvan Muxtar Respublikasının birincisi də məhz bu liseyin məzunu olub. 690 bal toplayan Sehrin Cəfərova bütün qruplar üzrə ən yüksək nəticəni göstərərək Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasına tədris ingilis dilində qəbul olunub.
Sehrin Cəfərovanın təhsil aldığı 11 C sinifin bütün məzunları ali məktəbə qəbul olunub və hamısı 570-dən yuxarı bal toplayıb. Həmin sinifdən beş şagird ödənişsiz əsaslarla tibb ixtisasını qazanıb.
Həmin məzunları və seçdikləri universitetləri təqdim edirik:
Sehrin Cəfərova - 690 bal - Bakı Ali Neft Məktəbi, kimya mühəndisliyi ixtisası
Leyla İsmayılova - 650 bal - Azərbaycan Tibb Universiteti, Tibb ixtisası
Surə Zamanova - 633 bal - Azərbyacan Tibb Universiteti, Tibb ixtisası
Fatimə Vəliyeva - 636 bal - Naxçıvan Dövlət Universiteti, Tibb ixtisası
Gülay Yusifli - 610 bal - Naxçıvan Dövlət Universiteti, Tibb ixtisası
Məryəm İbrahimova - 607 bal - Naxçıvan Dövlət Universiteti, Tibb ixtisası