Azedu.az

Məktəbəhazırlıq qruplarına və I sinfə elektron qəbul davam edir

Məktəblər

9 Sentyabr 2025, 11:47
Məktəbəhazırlıq qruplarına və I sinfə elektron qəbul davam edir

2025–2026-cı tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına və birinci sinfə elektron qəbulu prosesi davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, bu günə qədər artıq 85 mindən çox uşağın məktəbəhazırlıq qrupuna, 130 mindən çox uşağın isə birinci sinfə qəbulu başa çatıb.

Valideynlər övladlarının qeydiyyatını vaxtında və düzgün aparmaq üçün mektebeqebul.edu.az saytında şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.

İnternetə çıxış imkanı olmayan valideynlər isə alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Bildirilib ki, 2025–2026-cı tədris ili üzrə 46.029 uşaq məktəbəqədər təhsil müəssisəsinə qəbul edilib, bununla da məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilən uşaqların sayı 99 min 392 nəfərə çatıb. Hazırda növbələrin sayı isə 28 min 171-dir.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox