Hazırda belə çağırışlara yer yoxdur və onları düzgün hesab etmirəm. Dövlət ehtiyac olarsa, qərar qəbul edəcək və cəmiyyətə məlumat verəcək.
Rus dili üzrə tədris aparan məktəblərin ödənişli olması etirazlarına fikir bildirən deputat Ceyhun Məmmədov bunu AzEdu.az-a açıqlamasında bildirib.
"Bugünkü çağırışlar isə zərərli və yanlışdır. Biz belə məsələlərdə tələsməməli, dövlətimizin qərarlarını gözləməli, yanlış addımlardan çəkinməliyik.
Hazırda münasibətlər kəskindir və onların daha da gərginləşməsinə ehtiyac yoxdur. Cənab Prezident uyğun bildikdə belə bir qərar qəbul edilə bilər.
Təbii ki, bu, cəmiyyətin fikri, təklifidir. Buna isə gələcəkdə baxılacaq".