Azedu.az

Naxçıvanın məktəblərində 50 yeni STEAM otağı yaradılacaq

Məktəblər

8 Sentyabr 2025, 11:37
Naxçıvanın məktəblərində 50 yeni STEAM otağı yaradılacaq

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində yeni STEAM otaqlarının yaradılmasına başlanılıb. 

Nazirliyin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq 154 təhsil müəssisəsində  mövcud olan STEAM otaqlarının avadanlıqlarla zənginləşdirilməsi və əlavə olaraq müəssisələrdə 50 yeni STEAM  otağının  yaradılması  nəzərdə tutulub.

Cari tədris ilində Təhsil Nazirliyi tərəfindən STEAM otaqlarının zənginləşdirilməsi üçün arduino, arduino superkid, flament, 3D qələmlər, arduino nano, məsfə sensorları, optik sensorlar, günəş paneli, servo mator və digər avadanlıqlar tender yolu ilə alınaraq  müəssisələrə təhvil verilib. Proqramda nəzərdə tutulan  154 təhsil müəssisəsindəki STEAM otaqları zənginləşdirilib. 

Ümumtəhsil müəssisələrinə yeni yaradılan STEAM  otaqları STEAM təhsili üzrə şagirdlərin əyani vasitələrdən istifadə edərək öz bilik və bacarıqlarının artırılmasına, onların  tənqidi və yaradıcı düşüncələrinin  formalaşdırılmasında  mühüm rol oynayacaq.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox