ABŞ-də özəl məktəblərə maraq rekord həddə çatıb. Son məlumatlara görə, bir il ərzində bu məktəblərə qeydiyyatdan keçənlərin sayı 1 milyon nəfərdən 1,3 milyon nəfərə qalxıb. Bu, təqribən 25%-lik artım deməkdir.
AzEdu.az-ın xarici mənbədən aldığı məlumata əsasən artımın əsas səbəbləri kimi fərdiləşdirilmiş tədris, çevik öyrənmə imkanları və valideynlərin daha alternativ seçimlərə üstünlük verməsi göstərilir. Ekspertlər bildirirlər ki, pandemiyadan sonra valideynlər övladlarının təhsil keyfiyyətinə daha həssas yanaşmağa başlayıb və ənənəvi ictimai (public) məktəblərdən fərqli, daha fərdi yanaşma təklif edən özəl məktəbləri seçirlər.
Lakin bu tendensiya bir sıra narahatlıqları da gündəmə gətirir. Analitiklərə görə, ictimai məktəblərdə şagird sayının azalması onların maliyyə dayanıqlılığını zəiflədə, təhsil bərabərliyində ciddi uçurum yarada bilər. ABŞ təhsil sistemində özəl və dövlət məktəbləri arasındakı balansın pozulması gələcəkdə sosial ədalət məsələlərini də ön plana çıxara bilər.