Azedu.az

Elektron jurnallar: Valideynlər övladını izləyə biləcək

Məktəblər

Müəllimlər və elm adamları

5 Sentyabr 2025, 14:05
Elektron jurnallar: Valideynlər övladını izləyə biləcək

Ötən gün paytaxt məktəblərində kağız jurnalların ləğv olunduğu və artıq elektron jurnal dövrünün başladığı elan edildi.

Bu isə belə bir sual doğurur: elektron jurnalların tətbiqi təhsilə nə qazandıracaq?

Mövzu ilə bağlı AzEdu.az-a "İlin gənc müəllim" müsabiqəsinin qalibi Təranə Nuriyeva bildirib ki, elektron jurnal dövrü təhsildə şəffaflığı, effektivliyi və valideyn-məktəb əməkdaşlığını gücləndirən mühüm addımdır:

"Paytaxt məktəblərində kağız jurnalların ləğv olunaraq elektron jurnallara keçilməsi təhsilimizdə mühüm yenilikdir. Bu addım həm müəllimlər, həm şagirdlər, həm də valideynlər üçün yeni imkanlar açır. Ən böyük üstünlüklərdən biri şəffaflıqdır. Artıq valideynlər övladlarının davamiyyətini və qiymətlərini real vaxtda izləyə biləcək, qiymətlərin gizlədilməsi və gecikdirilməsi hallarının qarşısı alınacaq".

Elektron jurnallar müəllimlərin işini asanlaşdıracaq.

"Müəllimlər üçün də iş daha rahat olacaq: kağız üzərində aparılan yazılar yerini elektron sistemə verəcək, hesabatlar avtomatlaşdırılacaq. Bu isə müəllimlərə vaxtlarını dərs prosesinə və şagirdlərlə fərdi işləməyə sərf etməyə imkan yaradacaq. Elektron jurnal şagirdlər üçün də motivasiya yaradır. Öz nəticələrini vaxtında görən şagirdlər özünü qiymətləndirmə bacarığını inkişaf etdirəcək və məsuliyyət hissi güclənəcək. Eyni zamanda valideynlərlə məktəb arasındakı ünsiyyət möhkəmlənəcək. Valideynlər övladlarının təhsilinə daha yaxından qoşula, müəllimlərlə birbaşa və çevik əlaqə qura biləcəklər".

İnternetin zəif olduğu bölgələrdə tətbiq çətinlik yarada bilər. Bütün müəllimlər və valideynlər rəqəmsal bacarıqlarını inkişaf etdirməlidir.

"Digər tərəfdən, bu yenilik idarəçilik baxımından da faydalıdır. Təhsil rəhbərliyi davamiyyət və nəticələri daha dəqiq analiz edə, fənlər üzrə meyilləri izləyə biləcək. Bu isə təhsildə qərarların 'sübutlara' əsaslanmasına yol açır. Üstəlik, kağız sərfiyyatının azalması həm ekoloji, həm də iqtisadi baxımdan müsbət nəticə verir. Əlbəttə, çətinliklər də ola bilər. İnternetin zəif olduğu bölgələrdə tətbiq çətinlik yarada bilər və bütün müəllimlər, eləcə də valideynlər rəqəmsal bacarıqlarını inkişaf etdirməlidirlər. Ümumilikdə isə elektron jurnal dövrü təhsildə şəffaflığı, effektivliyi və valideyn-məktəb əməkdaşlığını gücləndirən mühüm addım kimi qiymətləndirilməlidir".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox