29 avqust – 4 sentyabr tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində təşkil edilən 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (//2025.ejoi.org) keçirilib.
AzEdu.az xəbər verir ki, 24 ölkədən 96 məktəblinin iştirak etdiyi müsabiqədə məktəblilərimiz uğurla çıxış edərək medallarla geri dönüblər. Belə ki, Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyinin 9-cu sinif şagirdi Fateh Əhmədzadə və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Əkbər Əhmədov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Ömər Əliməmmədzadə bürünc medal qazanıblar.
Qeyd edək ki, Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilər 2017-ci ildən etibarən iştirak edirlər və indiyədək 4 gümüş, 11 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir.