Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, “Kapital Bank” və “Təhsil oyunları platforması” bütün 6–11-ci sinif şagirdlərini intellektual yarışların yeni sezonuna qatılmağa çağırır.
AzEdu.az xəbər verir ki, oyunlar hər həftəsonu onlayn formatda keçirilir, hər ay ərzində ən yaxşı nəticə göstərən komandalara hədiyyələr verilir.
Oyunların əsas məqsədi məktəblilərin yeni biliklərin əldə edilməsi, komanda işinin gücləndirilməsi, maraqlı asudə vaxtlarının keçirilməsidir. Təcrübə göstərir ki, oyunlarda iştirak edən şagirdlər dərslərində daha yüksək nəticə göstərir, dünya görüşünü genişləndirir, mükəmməl analitik və çeşidləmə bacarıqlarını əldə edir.
Oyunlara qoşulmaq çox sadədir. İlk olaraq, altı nəfər 6–11-ci sinif məktəblilərdən komanda yaradılmalıdır, sonra qeydiyyat və ilkin brifinq üçün “Təhsil oyunları platforması” ilə əlaqə saxlanılmalıdır. Bununla da həftəsonu oyunlara qoşula bilərsiniz.