Azedu.az

Məktəb direktorunun ölkədən çıxışına qadağa qoyuldu

Məktəblər

1 Sentyabr 2025, 13:00
Məktəb direktorunun ölkədən çıxışına qadağa qoyuldu

Bakının Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyinin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərovanın ölkədən çıxışına məhdudiyyət qoyulub.

AzEdu.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, buna səbəb Nəzakət Əsgərovanın rəhbəri olduğu liseyin Dövlət Vergi Xidməti Bаkı şəhəri Lоkаl Gəlirlər Baş İdarəsinə 11353.19 manat vergi borcunun olmasıdır.

İdarə tərəfindən sözügedən borca görə, Əsgərova Nəzakət Arif qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə qətnamə qəbul edilməsi üçün müraciət edilib.

Məhkəmənin qərarı ilə 53 yaşlı direktorun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox