Azedu.az

Lisey və gimnaziyaların sayı artır, məktəblər azalır - STATİSTİKA

Məktəblər

1 Sentyabr 2025, 11:03
Lisey və gimnaziyaların sayı artır, məktəblər azalır - STATİSTİKA

2024-2025-ci tədris ili üçün Azərbaycanda ümumi təhsil müəssisələrinin sayı əvvəlki illərlə müqayisədə azalmağa davam edir.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-2025-ci tədris ili üçün Azərbaycanda dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrinin sayı 4357-dir. Bu göstərici əvvəlki illərlə müqayisədə müəyyən azalma olduğunu göstərir. Məsələn, 2005-2006-cı tədris ilində ümumi təhsil müəssisələrinin sayı 4550 olub. Yəni 19 il ərzində ölkədə 193 ümumi təhsil müəssisəsi bağlanıb.

İbtidai siniflər üzrə fəaliyyət göstərən məktəblərin sayı 2005-2006-cı illərdə 406 idisə, 2024-2025-ci ildə 245-ə qədər azalıb. Bu, ibtidai məktəb səviyyəsində 161 məktəbin bağlanması deməkdir.

Ümumi orta məktəblərin sayı 2005-2006-cı illərdə 885 ikən, 2024-2025-ci ildə 753-ə qədər azalıb. Bu da 132 ümumi orta məktəbin bağlanması anlamına gəlir.Tam orta məktəblərin sayı isə 3,238-dən 3342-yə qədər kiçik dəyişikliklə saxlanılıb. Bu göstəricidə müəyyən artım qeydə alınsa da, əsasən sabit qaldığı görünür.

Bundan əlavə, liseylərin sayı 63-dən 122-yə qədər artmış, gimnaziyaların sayı isə 6-dan 31-ə yüksəlmişdir ki, bu da təhsil pillələrinin çeşidlənməsi və ixtisaslaşması istiqamətində artımı göstərir.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrinin sayı 2005-2006-cı illərdə 21 idi və 2024-2025-ci ildə 17-yə qədər azalıb.

Ümumilikdə, son 19 ildə ölkədə ümumi təhsil müəssisələrinin sayında azalma müşahidə olunur ki, bu da təhsil müəssisələrinin optimallaşdırılması və ya birləşdirilməsi ilə bağlı ola bilər. Eyni zamanda, lisey və gimnaziyaların sayında artım isə təhsildə keyfiyyət və ixtisaslaşmaya önəm verildiyini göstərir.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox