Bakının Binəqədi rayonunun 182 nömrəli tam orta məktəbində müəllimlərin məktəb binasında yığıncaq təşkil etməsi ilə bağlı yayılan videogörüntülər barədə açıqlama verilib.
Məktəbdən məsələ ilə bağlı AzEdu.az-a bildirilib ki, qeyd olunan videogörüntülər dərslərin keçirilmədiyi vaxtda çəkilib.
Qeyd olunub ki, məktəbin texniki işçiləri və laborantlar yeni tədris ili ərəfəsində aparılan təmizlik və digər hazırlıq işlərini bitirdikdən sonra rəhbərliyin icazəsi ilə otaqda nahar ediblər.