Tədrisi digər dillərdə aparılan 5-ci siniflə yanaşı, 6-cı siniflərdə də “Azərbaycan tarixi” fənni bu ildən dövlət dilində tədris ediləcək.
Bu məqsədlə 6-cı sinif şagirdləri üçün yeni dərslik hazırlanıbmı?
AzEdu.az verir ki, Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nin bununla bağlı sorğusuna cavab olaraq bildirilib ki, yeni dərsliklər hazırlanıb:
“Bu dərsliklərin hazırlanması “Təhsil” nəşriyyatı tərəfindən həyata keçirilir”.
Qurumdan o da bildirilib ki, ümumilikdə yeni kurikulumlar əsasında dərsliklərin hazırlanması prosesi bu il də davam edir.
Qeyd edək ki, ötən tədris ilində bütün ümumi təhsil müəssisələrinin V siniflərində Azərbaycan tarixi fənni Azərbaycan dilində keçirilirdi.
Növbəti tədris ilində isə bu yenilik bütün ölkə üzrə V və VI sinifləri əhatə edəcək.Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nin bununla bağlı sorğusuna cavab olaraq bildirilib ki, yeni dərsliklər hazırlanıb:
“Bu dərsliklərin hazırlanması “Təhsil” nəşriyyatı tərəfindən həyata keçirilir”.
Qurumdan o da bildirilib ki, ümumilikdə yeni kurikulumlar əsasında dərsliklərin hazırlanması prosesi bu il də davam edir.
Qeyd edək ki, ötən tədris ilində bütün ümumi təhsil müəssisələrinin V siniflərində Azərbaycan tarixi fənni Azərbaycan dilində keçirilirdi.
Növbəti tədris ilində isə bu yenilik bütün ölkə üzrə V və VI sinifləri əhatə edəcək.