Azedu.az

Formalarda endirim var, amma valideynlər keyfiyyətdən narazıdır - AÇIQLAMA

Məktəblər

Şagirdlər

28 Avqust 2025, 13:18
Formalarda endirim var, amma valideynlər keyfiyyətdən narazıdır - AÇIQLAMA

Tədris ilinin başlanmasına az müddət qalmış valideynlər övladlarına məktəbli formaları almağa başlayıblar.

Bakı Tikiş Evi isə formaların qiymətində endirimlər edib: qısaqol köynəklər əvvəlki 12 manat əvəzinə 8 manata, uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar və ətəklər 20 manatdan 15 manata, jaketlər isə 30 manat əvəzinə 20 manata satışa çıxarılıb.

Lakin bəzi valideynlər formaların keyfiyyətindən narazılıq edərək digər mağazalara üz tuturlar.

AzEdu.az-ın məlumatına görə, Bakı Tikiş Evinin Şöbə Müdiri Etibar Əzimov bildirib ki, yayılan narazılıq və iddialar həqiqəti əks etdirmir:

“Həddindən artıq saxta, sertifikatsız süni parçalardan məktəb formaları istehsal olunur. Bəzi mağazalarda formalar hətta 1 manat 90 qəpiyə təklif olunur ki, bu, keyfiyyətsiz olduğunu göstərir. həmin formalarda pambıqdan istifadədən söhbət belə gedə bilməz.

Bakı Tikiş Evinin istehsal etdiyi formaların parçaları isə pambıqdan hazırlanır və keyfiyyət baxımından fərqlidir”,- deyə şöbə müdiri qeyd edib.

Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır
Son xəbərlərDaha çox