Azedu.az

Azərbaycanda 500-dən çox məktəb binası tikilib - SON 5 İLDƏ 

20 Dekabr 2018, 10:00
Azərbaycanda 500-dən çox məktəb binası tikilib - SON 5 İLDƏ 

Son 5 ildə 500-dən, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilib və yaxud əsaslı təmir edilib. Nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, ilk dəfə ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib.

Bildirilib ki, 2017-ci ildə 40 rayonda 60 min şagird yerlik modul tipli məktəb quraşdırılıb.

Nazirlikdən oda bildirilib ki, cari ilin sonunadək 43 regionda 8120 şagird yerlik daha 137 modul tipli məktəbin quraşdırılması işləri başa çatdırılacaq. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox