Azedu.az

Vyetnamda beynəlxalq məktəbin bağlanması gündəmdədir

Məktəblər

12 Avqust 2025, 15:08
Vyetnamda beynəlxalq məktəbin bağlanması gündəmdədir

Vyetnamın Ho Chi Minh şəhərində fəaliyyət göstərən American International School bağlanma təhlükəsi ilə üz-üzədir. Şəhərin Təhsil Departamenti məktəbin fəaliyyətinin dayandırılması üçün rəsmi təklif irəli sürüb.

AzEdu.az-ın xarici mənbədən əldə etdiyi məlumata görə, qərarın səbəbləri ilə bağlı ətraflı açıqlama hələlik verilməyib. Lakin yerli mediada məktəbin idarəetməsində və lisenziya məsələlərində problemlərin ola biləcəyi bildirilir. Təklif təsdiqlənəcəyi təqdirdə, yüzlərlə şagirdin və onlarla müəllimin təhsil və iş prosesi yarımçıq qala bilər.

Hazırda məsələ ictimaiyyət və təhsil mütəxəssisləri arasında geniş müzakirə olunur. Bəzi valideynlər məktəbin qorunması üçün hökumətə müraciət etməyə hazırlaşır.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox