2025-2026-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul prosesinə 8 iyul tarixindən start verilib. Valideynlər məktəbəqəbul.edu.az platformasında daxil olaraq sorğularını yerləşdirə bilirlər. Hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir.
MÜTDA-dan AzEdu.az-a bildirilib ki, indiyədək 60 min uşaq məktəbəhazırlıq qruplarına yazılıb. Xatırladırıq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Proses sentyabrın 30-na qədər davam edəcək