Azedu.az

Məktəbli geyimləri dəyişdirilir? - RƏSMİ

11 Avqust 2025, 11:43
Məktəbli geyimləri dəyişdirilir? - RƏSMİ

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq olunur.

Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.

Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.

Valideynlər, xüsusilə övladları birinci sinfə başlayanlar məktəbli forması barədə ətraflı məlumatı Agentliyin və yerli bölmələrinin çağrı mərkəzlərindən, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən əldə edə bilərlər.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox