Azedu.az

Ağır çantadan xilas olan şagirdlər - rəqəmsal dərsliklərə keçid mümkündür?

Məktəblər

Şagirdlər

7 Avqust 2025, 16:46
Ağır çantadan xilas olan şagirdlər - rəqəmsal dərsliklərə keçid mümkündür?

Artıq ümumtəhsil məktəblərində istifadə olunan bütün dərsliklərin elektron versiyası mövcuddur. Amma bu imkanın mövcud olması hələ şagirdlər üçün tam əlçatanlıq demək deyil. Çünki bir çox məktəbdə texniki təminat planşet, noutbuk və kompüter çatışmazlığı problemini hələ də mövcuddur. Nəticədə şagirdlər əvvəlki kimi ağır çantalarla məktəbə getmək məcburiyyətində qalırlar.

Bəs görəsən, gələcəkdə dərsliklərin, iş dəftərlərinin və ümumilikdə bütün dərs vəsaitlərinin tamamilə elektron versiyaya keçməsi mümkündürmü? Yaxın illərdə çantasız məktəbli modelini reallıqda görə bilərikmi?

AzEdu.az-a açıqlama verən təhsil jurnalisti Məzahir Məmmədli bildirir ki, bu səbəbdən şagirdlər bu sahədə çətinlik çəkir və hələ də ağır çəkili kitab, dəftər və digər ləvazimatları çantalarında daşımaq məcburiyyətində qalırlar:

165686

"Bu, məsələnin bir tərəfidir. İkinci tərəfi isə ondan ibarətdir ki, əgər biz şagirdləri ağır çanta daşımaqdan azad etmək istəyiriksə, bu istiqamətdə başqa yollar da mümkündür. Məsələn, valideynlər bu təşəbbüsə dəstək göstərə bilərlər. Mən inanmıram ki, hansısa valideyn övladı üçün bir planşet almağı ona əsirgəsin".

Şagirdlər çanta yükündən azad ola bilərlər

"Əgər bu təminat olsa, həmin şagird artıq çanta daşımaqdan azad olar. Hesab edirəm ki, əgər dövlət büdcəsi və ya Təhsil Nazirliyinin imkanları bu məsələni tam şəkildə həll etməyə kifayət etmirsə, o halda təşəbbüs göstərmək lazımdır. Sponsorların dəstəyi ilə, yaxud da hər hansı bir məktəbin tanınmış və imkanlı məzunu bu işə töhfə verə bilər.

Eyni zamanda, valideynləri də bu prosesə səfərbər etmək mümkündür. Hər bir halda elektron sistemə keçid, ilk növbədə şagirdləri ağır çanta daşınmasından xilas edə bilər. Məncə, bu istiqamətdə ən sadə və konkret addım planşet və ya noutbuklarla təminatın həyata keçirilməsidir".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox