Azedu.az

ABŞ-də məktəb avtobusu qəzası: bir neçə uşaq xəsarət alıb

Məktəblər

Hadisə

7 Avqust 2025, 16:41
ABŞ-də məktəb avtobusu qəzası: bir neçə uşaq xəsarət alıb

ABŞ-in Portland şəhərində məktəb avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə şagird xəsarət alıb.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata əsasən, qəza zamanı altı uşaq zərər görüb. Onlardan ikisi ilkin tibbi baxışdan sonra valideynlərinə təhvil verilib, dörd şagird isə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Yerli polis və məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib və şagirdlərin vəziyyəti nəzarətdə saxlanılır.

Qeyd edək ki, son dövrlərdə ABŞ-da məktəb nəqliyyatı ilə bağlı təhlükəsizlik məsələləri geniş müzakirə olunur.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox