Azedu.az

Xaricdə məzunların əksəriyyəti ixtisasından kənar işləyir - ARAŞDIRMA

Məktəblər

7 Avqust 2025, 11:33
Xaricdə məzunların əksəriyyəti ixtisasından kənar işləyir - ARAŞDIRMA

Ali təhsil almaq yaxşı karyeranın əsas şərti hesab olunur. Lakin bir çox ölkədə universitet diplomuna sahib gənclər məhz bu sənədlə uyğun olmayan, fərqli sahələrdə çalışır. Həmin şəxslər ya öz ixtisaslarında iş tapa bilmədikləri üçün, ya da əmək bazarının tələbləri dəyişdiyi üçün bu vəziyyətlə qarşılaşırlar. 

AzEdu.az bu barədə araşdırma aparıb.

Birləşmiş Krallıq: Yarısı ixtisası üzrə işləmir

2022-ci ildə İngiltərədə aparılan araşdırmaya görə, ali təhsilini yeni başa vurmuş məzunların təxminən 49 faizi universitetdə oxuduqları ixtisasa uyğun olmayan işlə məşğuldurlar. Əmək bazarında bu hal “overqualification” və ya “underemployment” (yəni təhsilə uyğun olmayan işlə məşğul olma) kimi tanınır. Əlavə olaraq, 21–30 yaş arası məzunların 26 faizindən çoxu orta və ya aşağı bacarıq tələb edən işlərə yönəlir.

ABŞ: Humanitar sahələrdə uyğun iş tapmaq çətinləşir

ABŞ-də ikinci və ya üçüncü dərəcə almağa baxmayaraq, tələbələrin təxminən 38,7 faizi ixtisaslarına uyğun olmayan sahələrdə işləyir. Ən çox “zərər görən” sahələr sırasında incəsənət (56 %), fəlsəfə (57 %) və psixologiya (47 %) gəlir. Əksinə, mühəndislik, kompüter elmləri və maliyyə kimi sahələrdə uyğun işlə təmin olunma göstəricisi daha yüksəkdir.

Malayziya: 2 milyona yaxın diplomlu qeyri-ixtisas işlərində

2024-cü ilin məlumatına əsasən, Malayziyada 1.95 milyon ali təhsilli şəxs aşağı bacarıq tələb edən işlərdə çalışır. Bu isə ölkədə ali təhsillilərin üçdə birindən çoxunun ixtisasları üzrə məşğulluq əldə edə bilmədiyini göstərir.

Sinqapur: Diplom başqa, iş başqa

Sinqapurda keçirilmiş YouGov sorğusuna əsasən, məzunların 50 faizindən çoxu öz ixtisas sahələri üzrə deyil, fərqli sektorlarda çalışır. Məsələn, biznes, hüquq və administrasiya sahəsində təhsil alanların yalnız 27 faizi məhz bu sahədə işə düzələ bilib.

Portuqaliya və İspaniya: Humanitar sahələrdə risk yüksəkdir

Portuqaliyada ali təhsilli şəxslər arasında işsizlik təxminən 15 faiz civarındadır. Xüsusilə humanitar sahələr, müəllimlik və tarix üzrə məzun olanlar uyğun sahədə iş tapmaqda çətinlik çəkirlər. İspaniyada isə iqtisadi böhran dövrlərində “overeducation” halları artır. Bu, məzunların təhsil səviyyələrindən daha aşağı tələblərə sahib işlərdə çalışması deməkdir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox