Ölkədəki müəllimlərin sayı cəmiyyətin geniş maraq dairəsinə daxil olan mövzulardandır.
Bu kontekstdə AzEdu.az Təhsil Portalı regional təhsil idarələri üzrə neçə müəllimin fəaliyyət göstərməsi ilə bağlı silsilə yazılar hazırlayır.
Bu dəfə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nəzdində fəalliyət göstərən rayonlar haqqında məlumat verəcəyik. Qeyd edək ki, bu regional təhsil idarəsinin tərkibində Gəncə, Daşkəsən,Goranboy, Göygöl, Naftalan və Samux rayonları mövcuddur.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Gəncə şəhəri üzrə 3401, Daşkəsən rayonu üzrə 621, Göygöldə 1218, Naftalanda 139, Samux rayonu üzrə isə 982 təhsilverən çalışır.
Maraq doğuran daha bir məsələ ondan ibarətdir ki, hər regionda əhali sayına neçə müəllim düşür?
Gəncə şəhərində 331000 nəfər əhali yaşayır və hər 97 nəfərə 1 müəllim düşür. Daşkəsən rayonunda isə 35468 nəfər əhali üçün bu göstərici hər 57 nəfərə 1, Göygöldə 64965 nəfərlik əhali arasında hər 53 nəfərə 1, Naftalanda 8601 nəfər əhali üçün bu göstərici hər 61 nəfərə 1, Samuxda isə 58800 əhali üçün hər 59 nəfərə 1 müəllim düşür.