Azedu.az

ABŞ-də məktəblilər üçün süni intellekt təhsili proqramı başlayır

Məktəblər

Şagirdlər

31 İyul 2025, 14:51
ABŞ-də məktəblilər üçün süni intellekt təhsili proqramı başlayır

ABŞ-də 2025–2026-cı tədris ilindən etibarən məktəblilər üçün süni intellektə dair yeni təhsil proqramı tətbiq olunacaq. “AI for All” adlanan layihə Google tərəfindən ABŞ Təhsil Departamenti və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, proqram əsasən 13–18 yaş arası şagirdlərə yönəlib. Onlara süni intellektin əsas anlayışları, etik prinsipləri və bu texnologiyanın gündəlik həyatda necə tətbiq olunduğu öyrədiləcək. Məqsəd gələcək nəsilləri rəqəmsal savadlı və texnologiyaya uyğunlaşdırılmış şəkildə yetişdirməkdir.

Layihə ilk mərhələdə bir neçə ştatda pilot olaraq tətbiq ediləcək, daha sonra ölkə üzrə genişləndirilməsi planlaşdırılır.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox