Hindistanın Pəncab əyalətində imtahan sistemi dəyişir. Yeni islahata görə, artıq şagirdlər də imtahan suallarının hazırlanmasında iştirak edəcəklər. Sual təklifləri onlayn şəkildə qəbul ediləcək və müəllimlərlə birlikdə qiymətləndiriləcək.
Azedu.az xarici mənbədən aldığı məlumata əsaəsn xəbər verir ki, layihə PARAKH qurumu ilə birgə həyata keçirilir. Məqsəd əzbərçiliyi aradan qaldırmaq, anlayış və düşüncəyə əsaslanan qiymətləndirməyə keçməkdir.
İmtahanlarda OMR texnologiyası tətbiq olunacaq, kameralarla müşahidə sistemi gücləndiriləcək.