Azedu.az

Yaponiya təhsilində problemlər...

Məktəblər

Şagirdlər

14 İyul 2025, 13:12
Yaponiya təhsilində problemlər...

Yaponiyada 2025-ci ilin dövlət nailiyyət testinin nəticələri təhsil sistemində müəyyən problemlərin olduğunu ortaya qoyub. Təhsil Nazirliyinin açıqlamasına görə, tələbələrin yapon dili və riyaziyyat fənlərində düzgün cavab nisbəti əvvəlki illə müqayisədə azalıb.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, bu göstərici ölkədə təhsilin keyfiyyəti və tələbələrin akademik hazırlığı ilə bağlı narahatlıqları artırır. Mütəxəssislər bu vəziyyəti müasir təhsil proqramlarının tələbələrin ehtiyaclarına tam cavab verməməsi, müəllimlərin dərs metodikasında çatışmazlıqlar və tələbələrin motivasiya səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirirlər.

Yaponiyanın Təhsil Nazirliyi artıq bu problemlərin həlli üçün addımlar atmağa başlayıb və təhsil proqramlarının yenilənməsi, müəllimlərin peşəkar hazırlığının artırılması istiqamətində işlər görməyi planlaşdırır. Bu tədbirlər ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi və tələbələrin nailiyyətlərinin yaxşılaşdırılması məqsədi daşıyır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox