"Qanunvericiliyə əsasən yalnız səs yazısına əsaslanaraq kiminsə işinə xitam verə bilmərik".
AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Onların heç birini müdafiə etmirik. Davranışları, ən azı, qeyri-etikdir, amma qanunvericiliyə görə, yalnız səs yazısına əsaslanaraq kiminsə işinə xitam verə bilmərik. Bunun üçün də həmin direktorlarla bağlı bu cür addım atılmayıb”.
Nazir əlavə edib ki, bütün direktorların pis olması mümkün deyil:
“Pis olanların sayı təxminən 1 faiz civarındadır. İşdən çıxardığımız direktorların 20%-i məhkəmə yolu ilə geri qayıdıb".