Azedu.az

"Dövlət məktəblərində tədris yalnız Azərbaycan dilində olmalıdır"

Məktəblər

4 İyul 2025, 17:05
"Dövlət məktəblərində tədris yalnız Azərbaycan dilində olmalıdır"

Rus bölmələri Azərbaycan milli kurrikulumu, milli dərsliklər və Azərbaycan müəllimi ilə tədris aparan dövlət məktəblərimizdir.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov qeyd edib.

"Bu məktəblər Azərbaycanda yaşayan rus xalqlarına bir dövlət xidməti olaraq təklif olunmalıdır. Azərbaycan xalqı isə Azərbaycan məktəblərində sadəcə Azərbaycan bölmələrində təhsil almalıdır. Dövlət məktəblərinin Azərbaycan xalqına rus dilində təhsil vermək məsuliyyəti və vəzifəsi qanunvericilikdə mövcud deyil. Hər xalq öz ana dilində təhsil almaq hüququna malik olmalıdır.

Bununla yanaşı Azərbaycan məktəblərində xarici dillərin tədrisi güclənməli, insanlar xarici dil öyrənmək üçün xarici dildə təhsil almalı olduğunu düşünməməlidir. Publik hüquqi şəxs statusu olan məktəblər ödənişli əsaslarla xarici dildə təhsil verə bilməlidir. Dövlət hesabına isə məktəblərimiz ana dili Azərbaycan dili olan xalqa yalnız Azərbaycan dilində təhsil verməlidir".

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox