Azedu.az

Hansı hallarda şagird sinifdə saxlanılır? - RƏSMİ

Məktəblər

Şagirdlər

4 İyul 2025, 16:11
Hansı hallarda şagird sinifdə saxlanılır? - RƏSMİ

Bəzi hallarda ümumtəhsil məktəblərində şagirdlərin ilin sonunda sinifdə saxlanılması halları müşahidə olunur. Bu qərar adətən şagirdin il ərzində qiymətləndirmə nəticələrinin, xüsusilə də “2” qiyməti almasının nəticəsi kimi əsaslandırılır.  

Bəs görəsən, şagirdin sinifdə saxlanılması hansı normativ-hüquqi aktlarla tənzimlənir? İl ərzində “2” qiyməti almış şagirdin sinifdə saxlanılması məcburidirmi, yoxsa bu, məktəbin və ya müəllimin qərarına əsasən dəyişə bilər?  

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, şagirdlərin sinifdən-sinfə keçirilməsi, təkrar sinifdə saxlanılması kimi məsələlər  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 may 2014-cü il tarixli müvafiq əmri ilə təsdiq olunmuş  “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar” ilə tənzimlənir:

"Qaydalara görə şagirdə illik qiymət yarımillik qiymətlər əsasında çıxarılır. Yarımillik qiymətlər isə KSQ və BSQ-lər əsasında müəyyən edilir. Şagird 1-3 fəndən illik qeyri-kafi qiymət alarsa, ona yay tapşırığı verilir. Tapşırığı mənimsəyənlər yuxarı sinfə keçirilir. 4 və daha artıq fəndən illik qeyri-kafi qiymət alanlar təkrar sinifdə saxlanılırlar",- deyə məlumat verilib.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox