Azedu.az

Naxçıvanda fərqlənmə ilə bitirən məzunların sayı artdı - STATİSTİKA

Məktəblər

Şagirdlər

24 İyun 2025, 09:52
Naxçıvanda fərqlənmə ilə bitirən məzunların sayı artdı - STATİSTİKA

Naxçıvan Muxtar Respublikası ümumtəhsil müəssisələrində məzunlara attestatların verilməsinə başlanılıb. 

 

Bu barədə AzEdu.az-a  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.


 
Bildirilib ki,  2024-2025-cü tədris ilində muxtar  respublikanın təhsil müəssisələrinin IX siniflərini 4752, XI siniflərini isə 3992 məzun bitirib. Onlardan ümumi orta təhsil səviyyəsi üzrə 196, tam orta təhsil səviyyəsi üzrə isə 277 məzun təhsilini fərqlənmə attestatı ilə başa vurub. 

 

 ️Fərqlənmə attestatı ilə bitirən məzunların sayı  ötən illə müqayisədə ümumi orta təhsil səviyyəsi üzrə 47,  tam orta təhsil səviyyəsi üzrə isə 8 faiz  artıb.

İsrail-İran müharibəsi bitdi - Tam atəşkəs əldə olundu
Son xəbərlərDaha çox