Azedu.az

Sertifikasiyadan keçməyən müəllimlər anında məktəblərdən kənarlaşdırılmalıdır

Məktəblər

Sertifikasiya

Müəllimlər və elm adamları

21 İyun 2025, 10:57
Sertifikasiyadan keçməyən müəllimlər anında məktəblərdən kənarlaşdırılmalıdır

Müəllimlərin sertifikasiyası təhsilə nə verir?

 

Təhsil sisteminin əsas dayağı müəllimdir. Müəllimin peşəkarlığı, bilik və bacarığı nə qədər yüksəkdirsə, o qədər də təhsilin keyfiyyəti artar. Sertifikasiya imtahanları isə məhz bu keyfiyyətə nəzarət və onu yüksəltmək üçün tətbiq edilən mexanizmdir. Bu proses təhsil sistemində bir növ “filtr” rolunu oynayaraq, yalnız bilik və bacarıqları müəyyən həddə cavab verən kadrların tədris prosesində iştirakına şərait yaradır. Nəticədə təhsildə vahid standart formalaşır, müəllimlərin peşəkar inkişafı üçün davamlı təşviq mühiti yaranır.

 

Sertifikasiya müəllimlərə nə verir?

Yüksək maaş alan müəllimlər gündə 10 saat işləyəcək?

Sertifikasiya müəllim üçün iki istiqamətdə faydalıdır: özünüqiymətləndirmə və peşəkar inkişaf. İmtahan və müsahibə mərhələsi müəllimə real bilik səviyyəsini, zəif və güclü tərəflərini tanımaq imkanı yaradır. Eyni zamanda bu proses onun öz üzərində daha çox çalışmağa, müasir pedaqoji yanaşmaları öyrənməyə, innovativ dərs metodlarını tətbiq etməyə sövq edir. Sertifikasiyadan uğurla keçən müəllim həm də maddi stimullaşdırma alır və peşəkar nüfuzunu artırır.

 

Sertifikasiya şagirdlərə nə verir?

Şagirdlər məktəbə neçə gün gedəcək? - RƏSMİ QAYDADA AÇIQLANDI

Ən əsas hədəf şagirddir. Keyfiyyətli təhsil keyfiyyətli müəllimdən keçir. Sertifikasiya nəticəsində sinif otağında daha hazırlıqlı, motivasiyalı və savadlı müəllim dayanırsa, şagird də daha çox öyrənir, daha yaxşı nəticə göstərir. Müasir dünyada uşaq yalnız faktları əzbərləyən şagird kimi qəbul olunmur. O, düşünən, araşdıran və tətbiq edən bir fərd kimi yetişməlidir. Bunu da yalnız öz üzərində çalışan, metodika və fənn bilikləri yüksək olan müəllim təmin edə bilər.

 

Sertifikasiya niyə lazımdır?

 

Sertifikasiya nəzarət və ya cəza məqsədli deyil. Bu proses dünyada çoxdan tətbiq edilir. Azərbaycanda da bu sistemin əsas məqsədi müəllim kadrlarının seçilməsi, inkişaf etdirilməsi və dəyərləndirilməsi prosesini sistemləşdirməkdir. Hamımız bilirik ki, hər bir peşədə mütəmadi yoxlamalar, akkreditasiyalar, attestatlar tətbiq olunur. Çünki həyatla birbaşa bağlı sahələrdə səhv bağışlanmır. Təhsil də həmin sahələrdən biridir.

 

Sertifiksiyadan keçə bilməyənlər dərhal təhsildən kənarlaşdırılmalıdırlar

Bu məsələ fərqli şəkildə müzakirəlidir və birmənalı qəbul olunmaya bilər. Amma reallıq budur ki, sertifikasiyadan keçə bilməyən müəllim, yəni öz sahəsində minimal bilik və bacarığı olmayan şəxs şagirdə, təhsil alan uşağa fayda verə bilmir. Bu, nəinki fərd olaraq şagirdin, həm də cəmiyyətin gələcəyinə zərər vurmaqdır.

 

Əgər bir müəllim dəfələrlə minimal tələbi belə qarşılamırsa, o zaman təhsil sahəsində yox, başqa peşə sahələrində yönləndirilməlidir. Bu isə cəza deyil uyğunluq prinsipidir.

 

Hər şey nəticə ilə ölçülür, ən sonda nəticəyə baxılır. Müəllimin hazırladığı şagird ali məktəbə qəbul ola bilmirsə, minimal qiymət belə yığmırsa, deməli orada problem var. Və bu problemi görüb hələ də eyni müəllimi eyni sinifdə saxlamaq yumşaq desək gələcəyimizi riskə atmaqdır.

 

Sertifikasiya müəllimin özünü yoxlamaq üçün bir şansdır. Bu şansdan yararlana bilməyənlər, təəssüf ki, başqasının övladına fayda verə bilməzlər.

 

Ona görə də bu prosedən keçə bilməyənlər dərhal məktəblərdən kəınarlaşdırılmalıdırlar. Çünki onların təhsilə yalnız zərəri var. Və sertifikasiyadan keçə bilməyənlər bir anlıq özlərini başqa valideynlər, dərs keçdikləri şagirdlərə öz övladları kimi baxsınlar. O zaman onlar könüllü olaraq məktəblərdən gedəcəklər.

 

Qorxu, kabus, yoxsa özünüinkişaf…

 

Təəssüf ki, bəzi müəllimlər sertifikasiyanı “cəzalandırma aləti” kimi görürlər. Bu yanlış yanaşmadır. Əslində sertifikasiya karyera imkanları, motivasiya və fərdi inkişaf fürsətidir. Yaxşı müəllim bu prosesi bir fürsət kimi qəbul edir. Öz sahəsində irəliləmək, biliklərini dərinləşdirmək, həm maddi, həm mənəvi baxımdan daha da böyümək istəyən müəllimlər üçün sertifikasiya bir “təkan”dır, buna “təhdid” kimi baxmaq olmaz. Nəticə olaraq deyə bilərik ki, Sertifikasiya Azərbaycan təhsilinin gələcəyinə atılmış vacib addımdır. Bunu qorxu yox, inkişaf kimi görmək lazımdır. Uğurlu müəllim uğurlu şagird, uğurlu şagird isə güclü gələcək deməkdir!

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox