Azedu.az

Məktəblilərarası Fənn Müsabiqələrinin final turunun yekun nəticələri açıqlanıb

Məktəblər

20 İyun 2025, 16:32
Məktəblilərarası Fənn Müsabiqələrinin final turunun yekun nəticələri açıqlanıb

31 may 2025-ci il tarixində keçirilmiş Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinin yekun nəticələri elan edilib.

Bu barədə AzEdu.az-a ARTİ-dən məlumat verilib.

Final mərhələsinin nəticələri artıq //rfm-2024-2025-final.onrender.com/ platformasında yerləşdirilib. Şagirdlər UTİS kodu və FİN kodu vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq aşağıdakı məlumatlarla tanış ola bilərlər:

 Topladıqları ballar
 Qalib olub-olmamaları
 Müraciətlərinə verilmiş cavablar

Qeyd edək ki, sözügedən müsabiqə VI və VII sinif şagirdləri arasında təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə fənlərə olan marağın artırılması, istedadlı şagirdlərin erkən yaşlarda aşkar olunması, onların elmi düşüncə bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə uğurlu təhsil və karyera planlamalarına dəstək göstərilməsidir.

 Final mərhələsində hər bir fənn üzrə ən yüksək nəticə göstərmiş 42 nəfər və 42-ci yer ilə eyni bal toplamış digər şagirdlər qalib hesab olunublar.

Qaliblərin siyahısı ilə müvafiq keçiddən istifadə edərək tanış olmaq mümkündür:

Biologiya

Fizika

İnformatika

Kimya

Riyaziyyat_6

Riyaziyyat_7

Təbiət

İsr@ildən AĞIR ZƏRBƏ - İranın düşünən beyni vuruldu
Son xəbərlərDaha çox