Quba-Xaçmaz regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Xaçmaz rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1898 şagird bitirib və onların 1890 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 90 nəfəri 500-dən, o cümlədən 27 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 8 saylı şəhər tam orta məktəbi daxil olub.
Quba rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1595 şagird bitirib və onların 1586 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 83 nəfəri 500-dən, o cümlədən 23 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında N.Dadaşov adına Aşağı Xuc kənd tam orta məktəbini qeyd etmək olar.
Qusar rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 942 şagird bitirib və onların 941 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 44 nəfəri 500-dən, o cümlədən 12 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında Kiriq kənd tam orta məktəbini qeyd etmək olar.
Siyəzən rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 446 şagird bitirib və onların 444 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 28 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında 1 saylı şəhər tam orta məktəbini qeyd etmək olar.
Şabran rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 557 şagird bitirib və onların 554 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 28 nəfəri 500-dən, o cümlədən 5 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında 4 saylı şəhər tam orta məktəbini qeyd etmək olar.