“I sinifə şagirdlərin qeydiyyatı zamanı sistemdə müəllimlərin sertifikatlaşdırma ballarının göstərilməsi məsələsi müzakirə edilir".
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin Təşkili Şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən media brifinqində deyib.
“Bir məsələ də odur ki, bütün müəllimlər sertifikatlaşdırmaya cəlb olunmayıb. İmtahana qatılan müəllimlərin balları isə sistemdə görünə bilər. Buna görə də sertifikatlaşdırma prosesi tamamlanıb bütün müəllimlər cəlb olunandan sonra onların ballarının sistemdə görünməsi mümkün olacaq".