Qarabağ regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Ağcabədi rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 1311 şagird bitirib və onların 1286 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayon məzunlarının 86 nəfəri 500-dən, o cümlədən 25 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında 3 saylı şəhər məktəb-liseyi, 11 saylı şəhər və Ş.Məhərrəmov adına Qaravəlli kənd orta məktəblərini qeyd etmək olar.
Ağdam rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 1716 şagird bitirib və onların 1698 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 112 nəfəri 500-dən, o cümlədən 25 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında 3 saylı tam orta məktəbi və Qasımbəyli qəsəbə tam orta məktəbini qeyd etmək olar.
Bərdə rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 1473 şagird bitirib və onların 1466 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayon məzunlarının 117 nəfəri 500-dən, o cümlədən 36 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında Ə.Qasımov adına Qayalı kənd tam orta məktəbini qeyd etmək olar.
Füzuli rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 1057 şagird bitirib və onların 1050 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayon məzunlarının 85 nəfəri 500-dən, o cümlədən 24 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə ən yaxşı məktəblər sırasına bu il rayonun 3, 8, 30, 45 və 54 saylı tam orta məktəbləri daxil olub.
Xocalı rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 131 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.
Rayon məzunlarının 8 nəfəri 500-dən, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il şəhərin ən yaxşı məktəbləri sırasında heç bir məktəb adı qeyd edilməyib.
Xocavənd rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 127 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.
Rayon məzunlarının 14 nəfəri 500-dən, o cümlədən 3nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il rayonun Xocavənd şəhər 2 saylı tam orta məktəbi daxil olub.
Şuşa rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 252 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.
Rayon məzunlarının 19 nəfəri 500-dən, o cümlədən 2 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il rayonun 4 saylı tam orta məktəbini qeyd etmək olar.
Tərtər rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 761 şagird bitirib və onların 754 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayon məzunlarının 42 nəfəri 500-dən, o cümlədən 9 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasında bu il rayonun S.Paşayev adına Umudlu kənd tam orta məktəbini qeyd etmək olar.