Azedu.az

Bu regionda 2 məktəbin heç bir şagirdi universitetə daxil olmayıb

Məktəblər

Dağlıq Şirvan Regional Təhsil İdarəsi

17 İyun 2025, 11:49
Bu regionda 2 məktəbin heç bir şagirdi universitetə daxil olmayıb

Ötən il elə məktəblər olub ki, onların bir nəfər məzunu belə ali məktəbə qəbul ola bilməyib.

 

AzEdu.az region məktəblərindəki vəziyyətlə bağlı araşdırma aparır. Araşdırmamıza Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdən başladıq.

 

Sorğumuza cavab olaraq idarədən bildirilib ki, 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul üçün Ağsu rayon Abbasxanlı kənd tam orta məktəbindən 3 nəfər, Ləngəbiz kənd tam orta məktəbindən isə 1 nəfər sənəd təqdim edib.

 

Qeyd olunan abituriyentlərin heç biri tələbə adını qazana bilməyib.

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox