Bu gün Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli və Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə işğaldan azad edildikdən sonra ilk dəfə "Son Zəng" tədbiri keçirilib.
AzEdu.az xəbər verir ki, Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəlli tam orta məktəbdə keçirilən tədbirdə Xankəndi şəhəri üzə xüsusi nümayəndənin müavini Səbuhi Qəhrəmanlı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil İnkişaf Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun müdiri Rizvan Ələsgərov və digər qonaqlar iştirak ediblər.
Tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edib, məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıblar.
Şagirdlər tərəfindən ədəbi-bəddi nümunələr nümayiş etdirilib.
Qeyd edək ki, Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə 1987-1988-ci tədris ilində təhsil almış ancaq işğal səbəbiylə son zəng keçirməyən məzunlar da iştirak ediblər.