Azedu.az

108 minə yaxın uşaq birinci sinfə qəbul EDİLİB

Məktəblər

11 İyun 2025, 15:57
108 minə yaxın uşaq birinci sinfə qəbul EDİLİB

Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, bu günə qədər artıq 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

-İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

-Alternativ qeydiyyat mərkəzlərinə

-Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

-ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox