Azedu.az

Yeni dərs ilində məktəb formaları dəyişəcək? - RƏSMİ

Məktəblər

Şagirdlər

2 İyun 2025, 14:42
Yeni dərs ilində məktəb formaları dəyişəcək? - RƏSMİ

Yeni tədris ilindən məktəbli formalarının dizaynının dəyişdirilməsi və qiymətlərin bahalaşması ilə bağlı mediada müxtəlif müzakirələr aparılır.

 

Bu mövzuya aydınlıq gətirmək üçün "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov AzEdu.az-a açıqlama verib.

 

E. Əzimov mövcud formaların istifadəsinin davam etdiyini və yeni dizaynların hər il dəyişməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.

 

O bildirib ki, məktəbli formalarının dizaynı Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən müəyyən olunur və heç bir şəxsin və ya təşkilatın bunu dəyişmək səlahiyyəti yoxdur.

 

“Yeni forma təqdim olunduqda, əvvəlki dizaynlar da ləğv olunur. Məsələn, 2010-cu ildən 2020-ci ilə qədər istifadə edilən formalar eyni standartlara əsaslanıb. İndiki dizaynda da hər il dəyişiklik edilmir”.

 

Qiymətlərlə bağlı suallara cavab olaraq, Əzimov qeyd edib ki, keçən il qiymətlərdə 20 faiz endirim olunub: 

 

“Formalarımız 100% pambıqdan hazırlanır və təbii parçalardan istifadə olunur. Bazarda isə digər formalarda sintetik qarışıqlar daha çoxdur. Buna görə də bizim qiymətlərimiz minimal səviyyədədir və keyfiyyətə uyğun müəyyən olunur”.

 

Zeynəb Rzayeva

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox