Azedu.az

“TOP-50”müəllimlə onlayn görüşlər başlayır - TARİX

Məktəblər

Müəllimlər və elm adamları

Seçilmişlər

Layihələrimiz

29 May 2025, 11:31
“TOP-50”müəllimlə onlayn görüşlər başlayır - TARİX

Xəbər verdiyimiz kimi, müəllimlər arasında təşkil olunan "İlin gənc müəllimi-2024" müsabiqəsində “TOP-50” müəllimin siyahısı ictimaiyyətə açıqlanıb.


Müsabiqə AzEdu.az Təhsil Portalı və "Azərbaycan müəllimi" qəzetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

 

"TOP-50" siyahısında yer alan müəllimlərlə fərdi onlayn görüşlər 2 iyun 2025-ci il tarixindən etibarən başlayacaq. Görüşlər və ekspertlər qrupunun rəyi əsasında 10 müəllim final mərhələsinə yüksələcək.

 

Qeyd edək ki, finalçıların qiymətləndirilməsi üç komponent üzrə aparılacaq:

 

- 10 bal onlayn fərdi görüş;
- 20 bal onlayn səsvermənin nəticələrinə görə,
- 70 bal isə nüfuzlu elm və təhsil xadimlərindən ibarət komissiyanın qiymətləndirməsinə əsasən veriləcək.

 

Xatırladaq ki, müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox