Azedu.az

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

Məktəblər

26 May 2025, 15:27
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

2025-2026-cı tədris ilinin ikinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq, 30 may 2025-ci il saat 17:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemi vasitəsilə valideynlər tərəfindən yeni sorğuların verilməsi prosesi müvəqqəti dayandırılacaq.

Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, valideynlər 30 may tarixinə qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədləri ümumi təhsil müəssisələrinə təqdim etməlidirlər. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox