Azedu.az

Bu ixtisaslara tələb artıb, bunlara isə azalıb – II qrup üzrə PROQNOZ

Məktəblər

İmtahanlar

Universitetlər

Şagirdlər

26 May 2025, 14:12
Bu ixtisaslara tələb artıb, bunlara isə azalıb – II qrup üzrə PROQNOZ

Ötən gün II ixtisas qrupları üzrə qəbul imtahanının birinci cəhdi keçirilib.

 

Abituriyentləri ən çox maraqlandıran məqamlardan biri topladıqları bala uyğun müvafiq ixtisas seçimi etməkdir. Bir çox abituriyent sual kitabçalarını yoxlayaraq təxmini balını artıq müəyyən edib.

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi II ixtisas qrupu üçün əmək bazarında tələb olunan və olunmayan ixtisasları proqnozlaşdırıb:


 
“Bu il II ixtisas qrupunda tələb olunan ixtisaslara nəzər yetirdikdə, maliyyə, iqtisadiyyat, beynəlxalq münasibətlər, logistika və pedaqoji yönümlü ixtisasları əsas götürə bilərik.

 

II ixtisas qrupunda statistikaya, mühasibatlığa, turizm sahəsinə və hidrometeorologiyaya olan tələbatın nisbətən aşağı olduğu müşahidə edilir. Bu sahələr əmək bazarında bir o qədər də tələbat görmür.

 

II ixtisas qruplarında abituriyentlərin müraciət sayının çox olduğunu müşahidə edirik. Ötən dövrlə müqayisədə bu qrup üzrə 2000-dən çox artım qeydə alınıb. Qeyd edim ki, bu hələ birinci mərhələnin nəticəsidir".

 

Ekspert əlavə edib ki, ikinci mərhələdə də təxminən əlavə 500-1000 nəfərə yaxın artımın qeydə alınacağı ehtimal olunur:

 

"Bu da ümumi ixtisas qrupları üzrə gələcəkdə müsabiqə mühitində ciddi rəqabət yaradacağını göstərir. Tələb olunan sahələr üzrə artım da müəyyən qədər gözlənilir, çünki plan yerlərində kəskin artım baş verməyib. Tələb olunmayan ixtisaslar üzrə isə ötən illərdə formalaşan minimal keçid ballarına yaxın nəticələrin bu il də müşahidə olunacağı ehtimal edilir”.

 

Zeynəb Rzayeva

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox