Azedu.az

Məktəblərdə kibertəhlükəsizliklə bağlı təlimlər keçirilib

21 May 2025, 15:03
Məktəblərdə kibertəhlükəsizliklə bağlı təlimlər keçirilib

Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq tam orta məktəblərdə “Kibertəhlükəsizlik” mövzularında təlimlər həyata keçirilir.

AzEdu.az xəbər verir ki, növbəti təlimlər Bakı şəhəri 63, 72, 114, 308 və Masallı 1 nömrəli tam orta məktəblərdə baş tutub.

Tədbirlərin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılmasıdır.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox