Azedu.az

Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib

Məktəblər

20 May 2025, 13:15
Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib

Bakıda iki məktəbin direktorlarına şiddətli töhmət verilib.

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektoru məlumat yayıb.

Bildirilib ki, əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynova və 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib və gələcəkdə analoji hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi intizam tənbeh tədbirinin tətbiq ediləcəyi nəzərlərinə çatdırılıb.

Xatırladaq ki, 275 nömrəli tam orta məktəblə bağlı bu yaxınlarda yayılan məlumatda məktəbin şagirdinin şirniyyatla aldadılaraq oğurlandığı iddiası yayılmışdı. Daxili İşlər Nazirliyi açıqlamasında iddianın həqiqətə uyğun olmadığını bəyan etmişdi.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox