Azedu.az

Monitorinq öncəsi şagirdlərdən maraqlı təşəbbüs - VİDEO 

Məktəblər

Şagirdlər

18 May 2025, 13:29
Monitorinq öncəsi şagirdlərdən maraqlı təşəbbüs - VİDEO 

Paytaxtdakı 279 nömrəli tam orta məktəbin şagirdləri monitorinq öncəsi  maraqlı təşəbbüslə çıxış ediblər.

AzEdu.az xəbər verir ki, məktəb rəhbərliyinin keçirdiyi maarifləndirici görüşü şagirdlər öz ifaları ilə daha da rəngarəng ediblər. 

Müəllimlərin tövsiyələrini dinləyən məktəblilər  daha sonra  ifaları  ilə diqqət çəkiblər.

“Qarabağ” sədalarının yüksəldiyi zaldan şagirdlər yüksək əhval- ruhiyyə ilə ayrılıblar. 

Qeyd edək ki, bu gün ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə monitorinqlər keçirilir. 

Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərini qiymətləndirmək, müvafiq standartları üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyənləşdirmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir. Monitorinq nəticələri şagirdlərin qiymətləndirilməsinə təsir etmir.

 

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox