Azedu.az

Lənkəranda 108 şagird PISA-da iştirak edib

Məktəblər

Region təhsili

Şagirdlər

14 May 2025, 09:23
Lənkəranda 108 şagird PISA-da iştirak edib

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində PISA 2025 - Beynəlxalq Şagird Qiymətləndirməsinin ilk mərhələsi keçirilib. Bu mərhələdə Masallı, Lerik və Yardımlı rayon məktəblərində təhsil alan şagirdlər iştirak ediblər.

LARTİ-dən AzEdu.az-a verilən məlumata görə, imtahan mərkəzi olaraq Lənkəran şəhəri 7 nömrəli tam orta məktəbi seçilib.

Mayın 12 və 13-də ümumilikdə 108 şagird qiymətləndirməyə cəlb edilib. İmtahan prosesi beynəlxalq standartlara uyğun şəkildə, şəffaflıq və texniki göstəricilər nəzərə alınmaqla təşkil olunub.

Qeyd edək ki, PISA (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən beynəlxalq qiymətləndirmə proqramıdır. 

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox