Azedu.az

Biləsuvar məktəbliləri ABŞ-də ölkəmizin elmi potensialını nümayiş etdirirlər

13 May 2025, 17:13
Biləsuvar məktəbliləri ABŞ-də ölkəmizin elmi potensialını nümayiş etdirirlər

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin X sinif şagirdləri Quluzadə Gülay və Əlizadə Leyla ölkəmizi ABŞ-də keçirilən dünyanın ən nüfuzlu elmi yarışlarından biri olan “Regeneron ISEF” – Beynəlxalq Elm və Mühəndislik Sərgisində (International Science and Engineering Fair) uğurla təmsil edirlər.

AzEdu.az xəbər verir ki, bu şagirdlər “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində Tibb və sağlamlıq nominasiyası üzrə I yerə layiq görülərək qızıl medal qazanıblar. Məhz bu uğur onlara dünya səviyyəli elmi platformada iştirak imkanı qazandırıb.

Qeyd edək ki, ABŞ-də keçirilən bu beynəlxalq sərgi dünyanın 70-dən çox ölkəsindən yüzlərlə şagirdin iştirak etdiyi mötəbər tədbirdir. Burada təqdim olunan layihələr yüksək elmi dəyərləndirmə meyarları ilə qiymətləndirilir.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox