Azedu.az

Beyninə virus düşən məktəbli vəfat edib - Fotolar

Məktəblər

6 May 2025, 11:21
Beyninə virus düşən məktəbli vəfat edib - Fotolar

Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanaların birində vəfat edib.

AzEdu.az xəbər verir ki, təxminən bir ay əvvəl səhhətində problem yaranan 10-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb.

Yaxınları bildirib ki, Gülnarənin beyninə virus düşüb və bundan sonra müalicəsinə başlanılıb. Lakin müalicələr nəticə verməyib.

Qeyd edək ki, vəfat edən məktəbli təhsil aldığı məktəbin və rayonun tədbirlərində aktiv iştirak edirmiş.

 


Parad öncəsi Ukraynadan ŞOK HÜCUM - Moskva vurulur
Son xəbərlərDaha çox