Azedu.az

Bu fənlər üzrə RFO-nun final turu keçirilib

Məktəblər

2 May 2025, 13:41
Bu fənlər üzrə RFO-nun final turu keçirilib

Respublika Fənn Olimpiadalarının (RFO) respublika mərhələsinin Azərbaycan dili və ədəbiyyatı və coğrafiya fənləri üzrə final turu keçirilib.

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan imtahanda Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 122, coğrafiya fənni üzrə 120 şagird iştirak edib. Nəticələr //portal.edu.az/ saytı vasitəsilə elan ediləcək.

Qeyd edək ki, riyaziyyat üzrə respublika fənn olimpiadasının final mərhələsinin mayın 5-6-da keçirilməsi nəzərdə tutulur.

ŞOK! Ukrayna Rusiyanın nəzarətə götürdüyü bu ərazini BO*MBALADI
Son xəbərlərDaha çox